İtaliya Hərbi Hava Qüvvələrinin “Frecce Tricolori” akrobatika komandasına məxsus təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, hadisə Turin-Kazel hava limanından qalxarkən naməlum səbəbdən baş verib.
Təyyarənin pilotu katapult oturacağı sayəsində xilas olub.
Yüngül xəsarət alan pilot xəstəxanaya aparılıb.
Bildirilib ki, təyyarə qəzaya uğrayan zaman hadisə yerində olan 2-si uşaq olmaqla 4 nəfərlik ailənin 5 yaşlı qızcığazı həyatını itirib, digərləri yaralanıb.