Modern.az

Qazaxıstanda repressiya qurbanlarının arxiv sənədləri açıq olacaq

Qazaxıstanda repressiya qurbanlarının arxiv sənədləri açıq olacaq

18 Sentyabr 2023, 09:46

Qazaxıstanda 1929-1956-cı illər siyasi repressiya qurbanlarının 2.4 milyondan çox arxiv kartının məxfiliyi ləğv edilib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, 251 min arxiv işi açıq arxivlərə ötürülüb və onlar tezliklə maraqlanan tərəflər üçün əlçatan olacaq.

 

İlin sonuna kimi daha 265 min işin açıq arxivə göndərilməsi planlaşdırılır.

 

2020-ci ilin noyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev siyasi repressiya qurbanlarının reabilitasiyası üçün dövlət komissiyasının yaradılması barədə göstəriş verib.

 

2023-cü ilin yanvarında dövlət müşaviri Erlan Karin onlara həsr olunmuş 31 cildlik sənəd və materialı prezidentə təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu