Priqojinin arvadı soyadını dəyişdi - Biznesi necə olacaq?

Priqojinin arvadı soyadını dəyişdi - Biznesi necə olacaq?

Dünya

18 Sentyabr 2023, 17:34

"Vaqner" muzdlularının sahibi, təyyarə qəzasında ölən Yevgeni Priqojinin həyat yoldaşı rəsmi olaraq soyadını dəyişib. 

 

Modern.az "Fontanka"ya istinadən xəbər verir ki, indi onun adı Lyubov Valentinovna Kryajevadır.

 

Nəşrin məlumatına görə, Kryajeva qadının qızlıq soyadıdır. O, Sankt-Peterburqda qeydiyyatdan keçmiş "Kuptsov Eliseev Store", "Alpha", "Museum of Chokolate", "Cascade" və "Agat-A" şirkətlərinin ortaq sahibidir.

 

Sentyabrın 9-da Sankt-Peterburqda Yevgeni Priqojinin miras işi açılıb. Reyestrdə ölüm tarixi avqustun 23-ü göstərilir. Sentyabrın 16-da qəzaya uğrayan təyyarədə olan və ölən Dmitri Utkinin miras işi də açılıb.

 

Yevgeni Priqojin avqustun 29-da Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığında dəfn edilib. Təyyarənin qəzaya uğramasının səbəbləri məlum deyil. Priqojinin əsas biznesi Sankt-Peterburqda olub. Ekspertlərin fikrincə, sahibkar vəfat etdikdən sonra onun şirkətləri fəaliyyətini davam etdirə bilər. Ancaq Yevgeni Priqojinin müəssisələrinin yeni sahibinin kim olacağı hələ məlum deyil. Biznesin bir hissəsi nə onun adına, nə də qohumlarının adınadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?