Modern.az

Putin Rusiya iqtisadiyyatı barədə: Sabit və balanslıdır...

Putin Rusiya iqtisadiyyatı barədə: Sabit və balanslıdır...

Dünya

18 Sentyabr 2023, 17:48

"Rusiya Federasiyasında mövcud iqtisadi vəziyyət ümumiyyətlə sabit və balanslıdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb, ölkə görünməmiş xarici təzyiqlərə tab gətirdi. Büdcənin icrası ilə bağlı vəziyyət sabitləşir, avqustda artıq profisit yaranıb. Bu il Rusiya Federasiyasının qeyri-neft və qaz büdcəsinin gəlirləri ötən ilin göstəricilərindən xeyli yüksəkdir. Hakimiyyət növbəti 3 il üçün federal büdcə layihəsini artıq hazırlayıb və ümumilikdə onun balanslaşdırılmış olduğu məlum olub", - deyə o qeyd edib.

 

Putin vaxtında, yubanmadan rublun möhkəmlənməsi üçün tədbirlər görməyi tapşırıb. O hesab edir ki, bir sıra əsas göstəricilər üzrə iqtisadi vəziyyət əvvəlki hesablamalardan yaxşıdır: "İndi gələcək sabit və uzunmüddətli inkişaf üçün şərait yaratmaq vacibdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi