Ukraynadakı müharibədə Gürcüstandan olan daha bir könüllü həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan legionunun rəhbəri Mamuka Mamulaşvili məlumat yayıb.
O, Ukrayna Silahlı Qüvvələrinə rus işğalçılarına qarşı döyüşməkdə kömək edib.
“Təəssüf ki, bu gün ən yaxşı əcnəbi oyunçularımızdan birini itirdik”, - açıqlamada deyilir.
Həlak olan könüllü hərbçinin adl Zakro Şubidzendir.