Modern.az

Fransa Rusiya nömrəli maşınlarla bağlı qadağaya qoşulur?

Fransa Rusiya nömrəli maşınlarla bağlı qadağaya qoşulur?

19 Sentyabr 2023, 12:30

Fransa Rusiya nömrəli avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu “İzvestiya” qəzeti yazıb.

 

Sentyabrın 13-də Baltikyanı ölkələr Rusiya qeydiyyatında olan avtomobillərin öz ərazilərinə daxil olmasına qadağa qoyub. Məhdudiyyətlər Rusiya avtomobilinin sahibinin yaşayış icazəsi və ya Aİ ölkələrindən birinin vətəndaşlığına malik olub-olmamasından asılı olmayaraq tətbiq edilir.

 

Sonradan Finlandiya və Polşa da analoji addımı atıb. Bundan əvvəl Latviya, Litva və Estoniya Rusiya qeydiyyatında olan avtomobillərin müsadirəsi ilə bağlı vahid yanaşma ilə bağlı razılığa gələ bilməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada hərbi vəziyyət-Əhaliyə bu qadağan edildi