Modern.az

Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir - Rusiya XİN

Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir - Rusiya XİN

19 Sentyabr 2023, 14:24

"Moskva İrəvanla çoxşaxəli əməkdaşlığın inkişafına sadiqdir".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

 

"Rusiya ikitərəfli və regional gündəmdə qarşılıqlı anlaşmanın dərinləşməsinin tərəfdarıdır. Moskvanın KTMT üzrə müttəfiqi ilə əlaqələri inkişaf etdirməyə, Ermənistanın cənubunda humanitar, sosial-iqtisadi mövcudluğunu gücləndirməyə ciddi münasibətinin təsdiqlərindən biri yeni Rusiya diplomatik missiyasının yaradılmasıdır.
 

Sentyabrın əvvəlində bir qrup rusiyalı diplomat Baş Konsulluğun açılışına hazırlaşmaq üçün Qafan şəhərinə gedib. Bu, regionlararası əlaqələrin qurulmasını, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqəni sadələşdirəcək, işgüzar əlaqələrin imkanlarını genişləndirəcək", - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi