Latviya Belarusla sərhədini qismən BAĞLADI

Latviya Belarusla sərhədini qismən BAĞLADI

Dünya

19 Sentyabr 2023, 15:24

Latviya Belarusla sərhəddə yerləşən "Silene" sərhəd-keçid məntəqəsinin işini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Bildirilib ki, Belarus-Latviya sərhədindəki iki sərhəd-keçid məntəqəsindən biri olan “Silene” bağlanıb. 

 

Bu qərarı Latviya hökuməti qəbul edib. Sərhədin qanunsuz keçilməsi hallarının çox olması ilə əlaqədar buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılması qərara alınıb. Başqa yerlərdə sərhədin mühafizəsinə 40-50-yə yaxın sərhədçi göndəriləcək.

 

Bu keçid məntəqəsindən gündə orta hesabla 600 nəfər və 85-87 yük maşını keçirdi. Belarus-Latviya sərhədində ikinci “Qriqorovşina-Paternieki” keçid məntəqəsi fəaliyyətini davam etdirəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü