Litva Seymindən Ukraynaya dəstək QƏTNAMƏSİ

Litva Seymindən Ukraynaya dəstək QƏTNAMƏSİ

20 Sentyabr 2023, 11:32

Litva Seymi 2024-cü ildə Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələrini Ukraynanı Alyansa qəbul etməyə çağıran qətnamə qəbul edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, seymin 141 üzvündən ümumilikdə 122-si qətnamənin lehinə səs verib.

 

Seymin Xarici Əlaqələr Komitəsinin rəhbəri Ziqimantas Pavilionisin sözlərinə görə, sənədi təkcə litvalı deputatlar deyil, həm də Litvanın Müstəqillik Aktını imzalayan şəxslər hazırlayıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?