Modern.az

"Oğru aləmi"nə qarşı əməliyyat - 15 nəfər tutuldu

Dünya

21 Sentyabr 2023, 17:26

Gürcüstanda “oğru dünyası” ilə əlaqədə olan 13 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, saxlanılan şəxslərin hamısı müxtəlif cinayət əməllərində, o cümlədən vətəndaşlar arasında yaranan maliyyə və digər mübahisələrin “oğru qaydaları”na uyğun həllində fəal iştirak ediblər.

 

Axtarışlar nəticəsində polis saxlanılan şəxslərdən odlu silah, döyüş sursatı, narkotik vasitə və ləvazimatları götürüb.

 

Saxlanılan şəxslərin 15 ilə qədər həbs gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi