Modern.az

Dünya nüvə müharibəsinin astanasındadır

Dünya nüvə müharibəsinin astanasındadır

Dünya

21 Sentyabr 2023, 18:57

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın nüvə müharibəsinin astanasında olduğunu deyib.

 

Modern.az xəbər verir ki, Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

 

“Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahına əl atmaq təhlükəsi də yox deyil. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa Fransisk vurğulayıb.

 

Pontifik adi silahların da mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməsinin vacibliyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi