Rus diplomat BMT-də Yevlax görüşündən DANIŞDI

Rus diplomat BMT-də Yevlax görüşündən DANIŞDI

22 Sentyabr 2023, 00:05

Sentyabrın 19-da eskalasiya baş verdi. Rusiya sülhməramlıları atəşkəs üçün məsuliyyəti öz üzərinə götürdü.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın BMT-də daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında deyib.

 

O qeyd edib ki, sülhməramlıların itkiləri var. Rusiya Qarabağda sülhməramlıların ölümü ilə bağlı Bakının bəyanatını nəzərə alıb. Rusiya sülhməramlılar öz funksiyalarını vicdanla yerinə yetirməkdə davam edirlər

 

"1000-dən çoxu uşaq olmaqla, 3000 mindən çox mülki şəxslər sülhməramlıların bazasına sığınıb", - rus diplomat deyib.

 

Polyanski xatırladıb ki,  Yevlax şəhərində tərəflərin görüşü keçirilib:

 

"Rusiya Federasiyası münaqişənin həllində böyük rol oynamaqda davam edir. Mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsi hazırlanmalıdır".

 

O qeyd edib ki, Azərbaycan de-yure öz ərazisində hərbi əməliyyatlar həyata keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar