Modern.az

İrəvanda yeni mitinqlər olacaq - 46 nəfər tutulub

İrəvanda yeni mitinqlər olacaq - 46 nəfər tutulub

Dünya

22 Sentyabr 2023, 08:12

Ermənistanda hakimiyyət əleyhinə keçirilən mitinqlərdə polis 46 nəfəri saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Yerli mətbuatda həbs edilən şəxslərin daha çox olduğu bildirilir.

 

Qeyd edək ki, bu gün İrəvanda yenidən genişmiqyaslı etiraz aksiyası keçiriləcək. Müxalifət küçələrdə hərəkəti məhdudlaşdırmağı və ardınca hökumət binasına yürüş etməyi planlaşdırır.

 

İrəvanın mərkəzi meydanına və hökumət binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi