Modern.az

Amerikalı senator Ermənistana gəldi

Amerikalı senator Ermənistana gəldi

23 Sentyabr 2023, 09:50

ABŞ Konqresinin nümayəndə heyəti Ermənistana gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb

 

Nümayəndə heyətinə senator Qari Peters başçılıq edir.

 

O, səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək.

 

Tərəflərin ikitərəfli münasibətləri, həmçinin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini müzakirə edəcəkləri gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi