Modern.az

Paşinyanın partiyasında istefalar gözlənilir

Paşinyanın partiyasında istefalar gözlənilir

Dünya

23 Sentyabr 2023, 15:36

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının bəzi üzvlərinin siyasi təşkilatdan istefa verəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın “Past” nəşri yazıb.

 

Bildirilib ki, bir çox siyasətçi baş nazir Nikol Paşinyanın siyasətindən narazıdır: “Mülki Müqavilə”nin bəzi üzvləri deyirlər ki, onlar ictimaiyyət qarşısına çıxmağa utanırlar”.

 

Qeyd olunub ki, gələcəkdə partiyanın sıralarının seyrələcəyi istisna deyil.

 

Xatırladaq ki, son günlər Ermənistanda hakimiyyət əleyhnə aksiyalar keçirilir. Etirazçılar N.Paşinyanın istefasını tələb edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə