Modern.az

Ermənistanda 49 etirazçıya cinayət işi açıldı

Ermənistanda 49 etirazçıya cinayət işi açıldı

Dünya

23 Sentyabr 2023, 22:49

Ermənistan İstintaq Komitəsi İrəvanda keçirilən kütləvi etiraz aksiyalarının 49 iştirakçısına qarşı cinayət işi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə  “Armenian News” məlumat yayıb.

 

Aksiya iştirakçıları kütləvi iğtişaşlarda iştirakda, zorakılığa açıq çağırışlarda, ziyan vurmaqla xuliqanlıqda, insanlara qarşı zorakılıqda, qeyri-qanuni bıçaq gəzdirməkdə, polisin işinə müdaxilədə ittiham olunurlar.

 

Qeyd edək ki, bu gün etirazların başlamasının beşinci günü İrəvanda hökumət binası yaxınlığında toplaşan 19 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi