Modern.az

Ukrayna və ABŞ energetika memorandumu İMZALADI

Ukrayna və ABŞ energetika memorandumu İMZALADI

Dünya

25 Sentyabr 2023, 11:28

Kiyev və Vaşinqton Ukraynanın enerji sisteminin gücləndirilməsinə dair Memorandum imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

ABŞ hökuməti 522 milyon dollar məbləğində yardım göstərmək niyyətindədir. Dayanıqlığın gücləndirilməsi kritik infrastrukturun yenidən qurulması, paylanmış istehsalın tətbiqi, enerji sektorunda islahatların aparılması və müharibədən sonra Ukraynanın aşağı karbonlu, rəqabətqabiliyyətli və Aİ ilə inteqrasiya olunmuş enerji iqtisadiyyatına keçidinin asanlaşdırılması ilə nəzərdə tutulur.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?