Naxçıvana səfərində Ərdoğanı onlar MÜŞAYİƏT EDİR

Naxçıvana səfərində Ərdoğanı onlar MÜŞAYİƏT EDİR

Dünya

25 Sentyabr 2023, 12:54

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti bu gün Naxçıvana səfər edəcək. Artıq onun təyyarəsi yola düşüb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğanı səfər çərçivəsində müşayiət edəcək rəsmilər açıqlanıb.

 

Belə ki, Türkiyə XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, energetika və təbii ehtiyatlar naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Türkiyə PA-nın Kommunikasiya İdarəsinin başçısı Fahrettin Altun, Ərdoğanın baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik və digər şəxslər də Naxçıvana gəlirlər.

Bu xəbər ilə bağlı
İlham Əliyev Ərdoğanı hava limanında qarşıladı - VİDEO
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verilib