Modern.az

Ərdoğan TŞ-ni topladı: Qarabağ müzakirə olunacaq - YENİLƏNİB

Ərdoğan TŞ-ni topladı: Qarabağ müzakirə olunacaq - YENİLƏNİB

Dünya

28 Sentyabr 2023, 17:22

Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

***

27.09.2023 / 16:18

 

Sonuncu dəfə avqustun 9-da toplanan Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, toplantıda milli təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 

Strateji, regional məsələlərinin də müzakirə olunacağı görüşdə sərhəd təhlükəsizliyi çərçivəsində həyata keçirilən fəaliyyətlərin, xüsusilə İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatlarının müzakirə edilməsi planlaşdırılır.

 

Taxıl dəhlizi ilə bağlı inkişaflar gündəmdədir. İclasda Türkiyənin sülh səyləri, vasitəçilik fəaliyyətləri, humanitar yardımlar və daimi atəşkəs mövzuları başda olmaqla, Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı yeniliklərin gündəmdə olması gözlənilir. Egey, Kipr və Şərqi Aralıq dənizindəki hadisələrin də qiymətləndiriləcəyi toplantıda Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan irəli gələn hüquqlarının qorunması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

 

Azərbaycanın antiterror tədbirləri də müzakirə olunacaq. Prezident Ərdoğanın ABŞ-da BMT Baş Assambleyasının 78-ci iclasından sonra keçiriləcək toplantıda Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirlərinin və regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi