Modern.az

Hakan Fidan özbəkistanlı həmkarı ilə görüşdü

Hakan Fidan özbəkistanlı həmkarı ilə görüşdü

27 Sentyabr 2023, 16:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan özbəkistanlı həmkarı Bahtiyor Saidov ilə birlikdə Ankarada Türkiyə-Özbəkistan Birgə Strateji Planlaşdırma Qrupunun III toplantısına həmsədrlik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN X-də paylaşım edib.

 

"Görüşdə qarşılıqlı investisiyaları artırmaq və 5 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün səylər, enerji, nəqliyyat, turizm, müqavilə, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq, regional və beynəlxalq hadisələr, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) və digər çoxtərəfli platformalarla əlaqələr müzakirə olunub", - deyə bildirilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi