Polşada embarqoya baxmayaraq Rusiyadan kömür idxalı sxemi aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
"Rusiya limanlarından 1 milyon tondan çox kömür bu yaxınlarda Polşaya çatdırılıb. Daşıma Leninqrad vilayətindən kiçik gəmilərdə rus dənizçiləri tərəfindən həyata keçirilib", - Müxalif Vətəndaş Koalisiyası partiyasından senator Kristof Breja deyib.
Onun sözlərinə görə, kömürün Rusiya Federasiyasından Şeçin, Qdansk, Qdinya və digər limanlara daşınması rus dənizçiləri tərəfindən həyata keçirilir, lakin Malta, Kipr və ya Antiqua və Barbuda bayraqları altında yük daşıyıcılarında daşınır.
O qeyd edib ki, hesab-fakturaların birində kömürün mənşə ölkəsi kimi Qazaxıstan göstərilməsinə baxmayaraq, sənədlərin saxtalaşdırılmasını istisna etmir.