Modern.az

Ukraynaya hərbi yardım artırılmalıdır - Donald Tusk

Ukraynaya hərbi yardım artırılmalıdır - Donald Tusk

27 Sentyabr 2023, 17:34

Seçkilər ərəfəsində Polşa müxalifətinin lideri Donald Tusk Ukraynaya hərbi yardımı artırmağa çağırıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, müxalif Vətəndaş Koalisiyası Partiyasının lideri Donald Tusk Polşanın Rusiyaya qarşı müharibədə Ukraynanı əzmlə dəstəkləməli olduğunu bildirib.

 

“Ukraynanın qalib gəlməsi şübhəsiz ki, Polşanın milli maraqlarına uyğundur. Bu həm iqtisadi məsələlərə, həm də qaçqın probleminə təsir edəcək. Polşa dövləti bu məsələdə zərrə qədər də tərəddüd etməməli, Ukraynaya hərbi dəstək şübhə altına alınmamalıdır”, - Tusk deyib.

 

Bundan əvvəl Tuskun siyasi rəqibi, Polşanın hazırkı baş naziri Mateuş Moraveyski Ukraynaya əlavə silah tədarükü ilə bağlı birmənalı olmayan fikirlər səsləndirmişdi. Daha sonra Polşa hökuməti onun bəyanatına düzəliş etdi və ən azı ölkələr arasında bağlanmış bütün sazişlərin qüvvədə qalacağını vurğuladı.

 

Oktyabrın 15-də Polşada parlament seçkiləri keçiriləcək. Analitiklərin fikrincə, səsvermənin nəticələri hakimiyyət dəyişikliyinə gətirib çıxara, Qanun və Ədalət partiyasını liderlikdən məhrum edə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?