Ukrayna müttəfiqlərini \"Şahed\" zavodlarını bombalamağa çağırıb

Ukrayna müttəfiqlərini \

27 Sentyabr 2023, 17:46

Ukrayna müttəfiqlərini "Şahed" zavodlarına raket zərbələri endirməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Söhbət İranda, Suriyadakı fabriklərdən, eləcə də Rusiyadakı potensial istehsal müəssisəsindən gedir.

 

Nəşrin əldə etdiyi sənəddə deyilir ki, tərəfdaşlar lazımi məhvetmə vasitələrini təmin edərsə, Ukrayna müdafiə qüvvələri həyata keçirə bilər.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?