Modern.az

Ermənipərəst senator zaminə buraxıldı

Ermənipərəst senator zaminə buraxıldı

27 Sentyabr 2023, 23:40

ABŞ-ın ermənipərəst senatoru Robert Menendez və həyat yoldaşı Nadine korrupsiya ittihamları üzrə özlərini təqsirli bilməyiblər.

 

Modern.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, məhkəmə senatoru və həyat yoldaşını girov - 100 min dollar müqabilində zaminə buraxıb.

 

Senator şəxsi pasportlarının təhvil verilməsi tələbi ilə sərbəst buraxılıb. Bununla belə, ona ABŞ-dan kənara hökumət işləri ilə getməyə icazə verən rəsmi sənədləri saxlamağa icazə verilir.

 

Onun həyat yoldaşından başqa müttəhimlərlə, Senatın əməkdaşları, Xarici Əlaqələr Komitəsinin əməkdaşları və ya işin faktları barədə şəxsi məlumatı olan siyasi məsləhətçilərlə əlaqə saxlaması qadağandır.

 

Agentlik qeyd edir ki, bu məhdudiyyətlərin senatorun işinə necə təsir edəcəyi bəlli deyil.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi