Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan ərazisi kimi tanınan separatçı Cənubi Osetiyanın başçısı Alan Qaqloyevlə görüşüb.
Modern.az TASS-a istinadən xəbər verir ki, görüş Soçidə baş tutub.
***
02.10.2023 / 12:10
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan ərazisi kimi tanınan separatçı Cənubi Osetiya və Abxaziya qurumlarının prezidentləri ilə görüşəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, görüş oktyabrın 3-də Soçidə baş tutacaq. O da qeyd olunub ki, format olaraq ayrıca danışıqlar və üçtərəfli görüş keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Rusiya, eləcə də Suriya kimi bir sıra Moksvayönümlü ölkələr Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.