Modern.az

"Eurofighter Typhoon" qırıcıları Polşada - Nazir təsdiqlədi

Dünya

2 Oktyabr 2023, 12:20

Polşa Müdafiə Nazirliyi Böyük Britaniya tərəfindən göndərilən "Eurofighter Typhoon" qırıcılarının alındığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak X-də yazıb.

 

"Polşada artıq Kral Hərbi Hava Qüvvələrinin "Typhoon" qırıcıları var. İngilis pilotları bizim F-16 pilotlarımızla birlikdə Polşanın hava məkanında patrul edəcəklər. Bu, Britaniyanın müdafiə naziri ilə apardığım danışıqların nəticəsidir. Təhlükəsizliyə birlikdə diqqət yetiririk", - deyə o qeyd edib.

 

Xatırladaq ki, bu növ qırıcılar yüksək keyfiyyəti ilə seçilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?