ABŞ spikeri vəzifəsindən uzaqlaşdırılıb - Son 113 ildə ilk dəfə

ABŞ spikeri vəzifəsindən uzaqlaşdırılıb - Son 113 ildə ilk dəfə

4 Oktyabr 2023, 08:10

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti tutduğu vəzifədən uzaqlaşdırılıb. 

 

Modern.az xəbər verir ki, qərar səsvermə zamanı palata üzvləri tərəfindən qəbul edilib.

 

Nümayəndələr Palatasının 216 üzvü Kevin Makkartinin vəzifəsindən uzaqlaşdırılmasına razılıq verib. Səs verənlərin 6-sı Makkartinin də üzvü olduğu Respublikaçılar Partiyasının nümayəndəsi olub.

 

Makkartinin kənarlaşdırılması prosedurunun təşəbbüskarı onun Respublikaçılar Partiyasındakı həmkarı, Florida ştatından olan. konqresmen Mett Qatz olub. Siyasətçi Kevin Makkartinin demokratlara güzəştə getməsindən narazı idi. Qatz onu da bildirib ki, spiker ABŞ prezidenti Co Baydenlə Ukraynanın maliyyələşdirilməsinə pul ayırmağa davam etmək üçün qeyri-rəsmi müqavilə bağlayıb, lakin Makkartinin özü və Ağ Evin nümayəndələri belə bir sövdələşmənin olmadığını bildiriblər.

 

Makkarti bu ilin yanvar ayının əvvəlindən Nümayəndələr Palatasının sədri vəzifəsini icra edir. Nümayəndələr Palatası 1910-cu ildən bəri heç vaxt spikerə impiçment elan etməyin və ya spikerin impiçmenti üçün səsvermə keçirməyib.

 

Şimali Karolinadan olan Respublikaçı konqresmen Patrik Makhenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti sədri seçilib. CNN-in məlumatına görə, Makhenrinin müvəqqəti spiker vəzifəsinə təyin edilməsi həm onun həm partiyadaşları, həm də ABŞ Demokrat Partiyasının nümayəndələri tərəfindən dəstəklənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır