Modern.az

Mirziyoyev Rusiyaya gedir 

Mirziyoyev Rusiyaya gedir 

Dünya

4 Oktyabr 2023, 16:00

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-də Rusiyaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, səfər oktyabrın 7-dək davam edəcək. O, Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

 

Mirziyoyev Rusiyanın baş naziri Mixail Mişustinlə də görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq, ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

 

Səfər çərçivəsində Özbəkistan prezidenti Tatarıstana da səfər edəcək. Burada o, respublika rəhbəri Rüstəm Minnixanovla danışıqlar aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi