Modern.az

İraqın müdafiə naziri Türkiyəyə gəlir

İraqın müdafiə naziri Türkiyəyə gəlir

4 Oktyabr 2023, 22:39

İraqın müdafiə naziri Sabit Məhəmməd Əl Abbasi sabah Ankaraya gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Abbasi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşəcək.

 

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI