Modern.az

Baydenlə Çin liderinin görüşü bu tarixdə keçiriləcək

Baydenlə Çin liderinin görüşü bu tarixdə keçiriləcək

6 Oktyabr 2023, 08:03

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Çin Lideri Si Cinpin arasında noyabrda Kaliforniyada mümkün görüşü planlaşdırmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” etibarlı mənbələrə istinadla məlumat yayıb.

 

Mənbələrdən biri qeyd edir ki, Amerika rəsmiləri ABŞ və Çin liderləri arasında noyabrda San-Fransiskoda baş tuta biləcək mümkün görüş üçün planlaşdırma prosesinə başlayırlar. Bildirilir ki, bu görüş barədə hələlik rəsmi məlumat verilməyib.

 

Vurğulanır ki, gələn ay San-Fransiskoda keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Bayden ilə Si Cinpinq arasında şəxsi görüş şansı yüksəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi