Modern.az

Fələstin-İsrail qarşıdurması: SON STATİSTİKA

Fələstin-İsrail qarşıdurması: SON STATİSTİKA

9 Oktyabr 2023, 09:58

Fələstin-İsrail qarşıdurmasında itkilərlə bağlı son statistika açıqlanıb.

 

Modern.az xəbər verir ki, "RİA Novosti" həm İsrail, həm də Fələstin tərəfinin məlumatlarını dərc edib.

 

Belə ki, İsrail tərəfində həyatını itirənlərin sayı 700 nəfəri ötüb. Ölkənin cənubunda ən azı 260 musiqi festivalı ziyarətçisi həlak olub. Xəsarət alan israillilərin sayı 2382 nəfərdir. Ölən hərbçilərdən isə 73 nəfər məlumdur. HƏMAS bildirib ki, yüksək rütbəli zabitlər də daxil olmaqla 100-dən çox israilli əsir götürülüb.

 

Fələstin tərəfi isə 436 fələstinlinin həlak olduğunu açıqlayıb. Daha 2271 nəfər isə xəsarət alıb.

 

Ölən və yaralananların arasında uşaqların və qadınların da olduğu bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza