Modern.az

Aldatma kampaniyası... - HƏMAS-ın İsrailə hücum planının DETALLARI

Aldatma kampaniyası... - HƏMAS-ın İsrailə hücum planının DETALLARI

9 Oktyabr 2023, 14:56

"HƏMAS-ın geniş hazırlıq və “aldatma kampaniyası” İsrail ordusunu təəccübləndirib".

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” HƏMAS-a yaxın mənbəyə istinadən məlumat yayıb.

 

“HƏMAS son aylarda İsraili çaşdırmaq üçün misli görünməmiş kəşfiyyat taktikalarından istifadə edərək, döyüşə və ya qarşıdurmaya hazır olmadığı təəssüratı yaradıb”, - mənbə bildirib.

 

"Reuters" yazır ki, HƏMAS İsraili Qəzza zolağı üçün iqtisadi sabitliyin eskalasiyadan daha vacib olduğuna inandırmağa çalışıb. 2021-ci ildə münaqişənin kəskinləşməsindən sonra İsrail fələstinlilərə ölkədə işləmək üçün icazələrin verilməsini bərpa edib.

 

“Biz inanırdıq ki, onların işə gələrək Qəzzaya pul aparması müəyyən səviyyədə sakitlik yaradacaq. Biz yanıldıq”, - İsrail Müdafiə Qüvvələrindəki (IDF) mənbə nəşrə bildirib.

 

HƏMAS-dan olan mənbə isə əlavə edib ki, qruplaşma son 2 ildə İsrailə hücum və ya İsraillə toqquşmalardan çəkinib.

 

 

Nəşrin İsrail ordusundakı həmsöhbəti onu da bildirib ki, hərbi qüvvələrin bir hissəsi Qəzza zolağı ilə sərhədlərdən İordan çayının qərb sahilinə köçürülüb və burada Fələstinlə IDF arasında toqquşmalar baş verib.

 

HƏMAS-dakı mənbə deyib ki, yaraqlıların hücum planını həyata keçirən İsrailin sərhəd qəsəbələrindən birinin maketi hazırlanıb: “Əlbəttə, İsrail bunu gördü, lakin əmin idi ki, HƏMAS gərginliyin artmasında maraqlı deyil”.

 

Mənbə hücum planının təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, ölkəyə 3 min raket atdıqdan sonra yaraqlıların bəziləri İsrail ərazisinə daxil olub. Eniş etdikdən sonra onlar lazım olan ərazini mühasirəyə alıblar, bundan sonra motosikletli silahlılar sərhədi yarıbar və istehkamları partlayıcılarla partlatıblar. Daha sonra buldozerlər dağıntıları təmizləyib və maşınlarda olan silahlılar hücuma qoşulub.

 

“The New York Times” yazıb ki, İsrail və ABŞ kəşfiyyatının hücuma hazırlıqdan xəbəri olmayıb.

 

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşması İsrail ərazisinə yüzlərlə raket atıb. Qəzza zolağında 490-dan çox insan həlak olub. İsrail tərəfi 700-dən çox itki olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI