Qardaş Azərbaycanın dəstəyi ilə bundan sonra regionda siyasi münasibətlərimizin daha da genişlənəcəyinə, siyasi, iqtisadi və digər sahələrdə işbirliklərinin daha da inkişaf edəcək. Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilmişik.
Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Prezidenti Ersin Tatar ADA-da keçirilən konfransda bildirib.
“Gələcək illərdə Azərbaycanla yanaşı, digər türk dövlətləri ilə də münasibətlərin qurulmasını istəyirik. Bildirim ki, bu, haqqımızdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığı xalqlarımızı bir-birinə daha da sıx bağlayır”, - o deyib.