Modern.az

"Allah xatirinə, biz Birləşmiş Ştatlarıq"

Dünya

15 Oktyabr 2023, 21:17

ABŞ Ukrayna və İsrailə eyni vaxtda hərbi dəstək vermək imkanına malikdir.

 

Modern.az xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden "CBC News"a müsahibəsində bildirib.

 

O qeyd edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirməlidir.

 

“Allah xatirinə, biz Birləşmiş Ştatlarıq - bəşəriyyət tarixinin ən güclü ölkəsi. Bütün dünyada yox, tarix boyu. Biz hər iki ölkəyə kömək edə bilərik və eyni zamanda beynəlxalq arenada müdafiə qabiliyyətimizi qoruya bilərik”, - Bayden bildirib.

 

Xatırladaq ki, bu gün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bəyan edib ki, Ağ Ev Ukrayna və İsrailə silah tədarükü üçün Konqresdən 2 milyard dollardan çox vəsait tələb edəcək. Onun sözlərinə görə, Co Bayden gələn həftə vəsaitin ayrılması məsələsini müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı