Modern.az

Kərim Benzema naziri məhkəməyə verəcək

Kərim Benzema naziri məhkəməyə verəcək

Dünya

18 Oktyabr 2023, 23:50

Səudiyyə Ərəbistanının “Al-İttihad” klubunun futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini məhkəməyə verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yazıb 

 

Oktyabrın 15-də futbolçu X sosial şəbəkəsində (keçmiş Twitter) Qəzza zolağının sakinlərinə dəstək yazısı dərc edib. Ertəsi gün Darmanen Benzemanı "Müsəlman Qardaşları" ilə əlaqədə olmaqda ittiham edib.

 

Futbolçunun agenti bildirib ki, Kərim Benzema böhtan və ya ictimai təhqirə görə məhkəməyə müraciət etməyi və ya “informasiyanın manipulyasiyası” haqqında qanunu pozduğuna görə şikayət etməyi düşünür.

 

Futbolçunun nümayəndəsinin sözlərinə görə, Kərim Benzema heç vaxt "Müsəlman Qardaşlar"la əlaqəsi olmayıb və təşkilatın terrorçu kimi tanındığı Səudiyyə Ərəbistanında yaşayır. 

 

“Le Parisien”in məlumatına görə, futbolçu Fransa Milli Assambleyasının deputatı Valeri Boyerə, həmçinin Avropa Parlamentinin üzvü Nadin Moranoya və publisist Frank Tapiroya qarşı da iddialar qaldırmaq niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi