7 oktyabrdan başlayan toqquşmalarda İsrail tərəfində həyatını itirən xarici ölkə vətəndaşlarının sayı məlum olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, statistikaya görə, İsraildə baş verən hadisələr zamanı ölən əcnəbilər arasında ABŞ (31 nəfər), Tailand (30) və Ukrayna (23) vətəndaşları çoxluq təşkil edib.
Rusiya vətəndaşları arasında 16 ölüm faktı təsdiqlənib. Türkiyə vətəndaşlarının müvafiq sayı isə 3-ə bərabərdir.
Azərbaycan XİN-in açıqladığı məlumatda isə qeyd olunub ki, İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub. Bununla belə, ölkə vətəndaşı olmayan Azərbaycan əsilli şəxslər arasında da həyatını itirənlər var.
Ölkələr üzrə İsraildə ölən vətəndaşların sayı ilə aşağıdakı foto vasitəsilə tanış olmaq mümkündür: