İrəvanda “Artsax nümayəndəliyi”nin qarşısındakı bugünkü etiraz aksiyasını Samvel Babayan təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, Qarabağı tərk etmiş bir qrup erməni – xunta rejimində müxtəlif vəzifə tutmuş şəxslər bu gün qondarma “Artsax”ın İrəvandakı “nümayəndəliyi” qarşısına toplaşaraq etiraz ediblər. Onlar separatçıların sonuncu başçısı Samvel Şahramanyandan maaş, pensiya və sosial müavinət tələb ediblər.
Məlumata görə, etirazçılar ora xuntanın “keçmiş müdafiə naziri” Samvel Babayanın təhriki ilə gediblər. Bildirilir ki, Samvel Babayan bu vəziyyəti özünü buraxmış “Artsax”ın humanitar məsələlərinin idarəçiliyini öz əlinə almaq üçün yaradıb.
“Babayan Artsaxın humanitar problemlərini həll etmək üçün dünyanın hər yerindən göndərilən maliyyə resurslarına idarəçiliyi ələ keçirməyə çalışır”, - məlumatda deyilir.