İsrail baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatında məlumat yayılıb.
Görüş Makronun ölkəyə səfəri çərçivəsində baş tutub. Söhbət zamanı tərəflər Fələstin-İsrail qarşıdurmasını, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.