Modern.az

BMT Baş katibinin müavini İsrailə getdi

BMT Baş katibinin müavini İsrailə getdi

Dünya

30 Oktyabr 2023, 11:36

BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits birdəfəlik qısamüddətli viza alaraq İsrailə yollanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Yediot Axronot” məlumat yayıb.

 

Amma ötən həftə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan ölkəsinin M.Qriffits daxil olmaqla, BMT nümayəndələrinə viza verilməsindən imtina edəcəyini bildirmişdi.

 

Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasında bəyanatından sonra İsraillə BMT arasında gərginlik yaranıb. Bundan sonra İsrail A.Quterreşi istefaya çağırıb. Lakin BMT-nin Baş katibi açıqlamasının yanlış şərh edildiyini deyib.

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?