Modern.az

Erməni partiya sədri Təhlükəsizlik Xidmətində dindiriləcək

Erməni partiya sədri Təhlükəsizlik Xidmətində dindiriləcək

Dünya

6 Noyabr 2023, 12:49

Ermənistanda radikal ultra-sağçı “Milli Demokratik Qütb” Partiyasının rəhbəri Jirayr Sefilyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sefilyan növbəti dəfə dindiriləcək.

 

Bildirilib ki, budəfəki dindirilmə terror aktının hazırlanması ilə bağlı cinayət araşdırması çərçivəsində həyata keçiriləcək.

 

Detallar açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?