Türkiyənin Bolu vilayətində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Merkez rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 4.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.