Modern.az

Koçaryanın oğlu yenidən həbs oluna bilər - Erməni deputat

Koçaryanın oğlu yenidən həbs oluna bilər - Erməni deputat

Dünya

7 Noyabr 2023, 13:36

"Deputat mandatı azadlığın 100 faiz təminatı sayıla bilməz".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Qeqam Nazaryan ölkənin eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın azadlığa buraxılması ilə bağlı jurnalistlərə bildirib.

 

Deputatın fikrincə, bala Koçaryan yenidən həbs oluna bilər. O deyib ki, hakim partiya səs çoxluğu ilə istənilən vaxt Koçaryanın oğlunu toxunulmazlığından məhrum edə bilər. 

 

"Bundan sonra hüquq-mühafizə orqanları qondarma işin tərkib hissəsi kimi yenidən Koçaryanın arxasınca gələ bilərlər", - Nazaryan bu qənaətdədir.

 

"Eyni zamanda, baş prokuror çətin ki, öz statusuna belə qeyri-ciddi münasibət göstərsin və belə vəsatətlə parlamentə müraciət etsin, amma heç nəyi istisna etmək olmaz", - parlamentari vurğulayıb.

 

Xatırladaq ki, sentyabrdakı itaətsizlik aksiyalarında iştirak edən Levon Koçaryan polisləri döyməkdə ittiham olunaraq saxlanılmışdı. Onun azadlığa çıxması üçün müxalif "Hayastan" fraksiyasının deputatlarından biri mandatından imtina etdi və nəticədə sabiq Ermənistan prezidentinin oğlu proporsional siyahı üzrə parlamentə düşdü. Deputat toxunulmazlığı qazanan bala Koçaryan azadlığa buraxıldı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır