Modern.az

Yeni münaqişə ocaqları yaranıb - Putin

Yeni münaqişə ocaqları yaranıb - Putin

8 Noyabr 2023, 11:36

 “Bir sıra regionlarda köhnə münaqişələr yenidən alovlanıb və ya yeni münaqişə ocaqları yaranıb. Bu da beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb, gərgin olduğunu göstərir”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində deyib.

 

“Xüsusilə biz bunu Yaxın Şərqdə müşahidə edirik. Təcrübə göstərir ki, qlobal qeyri-sabitlik Avrasiya üçün də proqnozlaşdırılır. Bəzi ölkələrin addımları MDB ölkələrində vəziyyəti sarsıtmağa yönəldilib. Terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və qanunsuz miqrasiya, radikalizm və ekstremizm kimi təhdidlər özünü göstərir”- deyə Putin bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI