Avropa İttifaqında HƏMAS hərəkatına verdiyi dəstəyə görə İrana qarşı yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlı fikir ayrılığı var.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
“Aİ HƏMAS-a verdiyi dəstəyə görə İrana qarşı sərt sanksiyaları müzakirə edir, lakin bunun yaxşı ideya olub-olmaması ilə bağlı Aİ diplomatları arasında ciddi fikir ayrılığı var”, - deyə nəşr bildirib.
Məlumata görə, Aİ-nin bir sıra ölkələri hesab edir ki, yeni sanksiyalar Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər.
Qeyd olunur ki, İsrail və ABŞ HƏMAS-a qarşı əlavə məhdudiyyətlər tətbiq etmək üçün Aİ-yə təzyiq göstərir.