Modern.az

Qaribaşvili prezidentə görə Çindən üzr istədi

Qaribaşvili prezidentə görə Çindən üzr istədi

13 Noyabr 2023, 16:50

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə prezidenti Salome Zurabişvilinin Çinlə bağlı açıqlamasından sonra bu ölkənin Tbilisidəki səfirindən üzr istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Vzqlyad" nəşri məlumat yayıb.

 

Zurabişvili Çin liderinin Si Cinpinin uyğurların soyqırımında mühakimə oluna biləcəyi deyib. Baş nazir bu sözlərlə üzr istəmək üçün Çinin Tbilisidəki səfiri Çjou Qieni çağırıb.

 

Qaribaşvili bu bəyanatı qəti şəkildə qəbuledilməz və qəzəb doğuran, həmçinin Gürcüstan hökuməti və xalqının Çinə münasibətinə zidd adlandırıb.

 

O, həmçinin Gürcüstan prezidentinin bəyanatlarının Tbilisi ilə Pekin arasında inkişaf edən münasibətlərə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Akıncı” PUA-larımız havada- kəşfiyyat üçüşlarına başlanıldı