Anarxo-kapitalist, dağınıq saçlı lider - Argentinanın yeni prezidenti KİMDİR...

Anarxo-kapitalist, dağınıq saçlı lider - Argentinanın yeni prezidenti KİMDİR...

20 Noyabr 2023, 10:16

Xəbər verdiyimiz kimi, liberal siyasətçi Xavyer Miley Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Hakim partiyanın namizədi, iqtisadiyyat naziri Sergio Massa məğlub olduğunu etiraf edib.

 

Modern.az yeni prezidentin karyerası haqqında maraqlı məlumatları təqdim edir.

 

Miley 2020-ci ildə sistemi "partlatmaq" məqsədilə aktiv siyasətlə məşğul olmağa başlayıb. O, siyasətə girəndə çox az adam onun üç ildən sonra prezident seçiləcəyinə inanırdı.

 

Dağınıq saçlı iqtisadçı və keçmiş televiziya eksperti siyasi elitanın "oğrularına" qarşı mübarizə aparmaq üçün siyasətə qoşulduğunu bildirib. O, qanqster Al Kaponeni tərfiləməyi və ölkənin Mərkəzi Bankını bağlamaq vədi ilə daha da məşhurlaşıb. Miley Mərkəzi Bankın ölkədəki inflyasiyada bir nömrəli günahkar olduğunu bildirib.

 

53 yaşlı Miley özünü anarxo-kapitalist adlandırır. O, səslərin təxminın 56%-ni qazanıb. Aqressiv və teatr üslubu çıxışları ilə yadda qalan siyasətçini bəziləri ABŞ-ın sabiq lideri Donald Tramp və ya Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ilə müqayisə edir. Miley seçki kampaniyasında superqəhrəman geyimləri və elektrikli mişarla iştirak edirdi.

 

Ölkədəki iqtisadi böhran Miley və onun "Liberty Advances" koalisiyasını xüsusən gənclər arasında məşhurlaşdırıb. Çoxları onu saçlarının dağınıqlığına və siyasi təcrübəsinin olmamasına görə tənqid edir.

 

O, Argentinalı Papa Fransisi sosialist kimi tənqid edib, mərhum futbol ikonu Dieqo Maradonaya lağ edib və 1982-ci ildə Folklend müharibəsindəki roluna görə Argentinada az sevilən Britaniyanın keçmiş baş naziri Marqaret Tetçeri tərifləyib.

 

Siyasətçinin 4 iti də Argentinada məşhurdur. O, itlərinə liberal iqtisadçıların - Murrey, Milton, Robert və Lukasın adlarını verib.

 

Seçki kampaniyası zamanı Xavyer Miley Argentinanın Rusiya, Braziliya və Çinlə münasibətlərini bu dövlətlərin hakimiyyətlərinin siyasətinə görə inkişaf etdirmək istəmədiyini bildirib. O, ABŞ və İsraili prioritet müttəfiqlər adlandırıb. Maylinin xarici siyasət üzrə müşaviri Diana Mondino oktyabrın sonunda bildirib ki, “

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar