Modern.az

Deputat xəbərdarlıq etdi: Prezident Saakaşvilini əfv etsə, cavab verəcək!

Deputat xəbərdarlıq etdi: Prezident Saakaşvilini əfv etsə, cavab verəcək!

Dünya

20 Noyabr 2023, 18:06

"Sabiq prezident Mixail Saakaşvili timsah göz yaşlarını dayandırmalı və taleyi ilə barışmalıdır".
 

Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı David Matikaşvili bildirib. Onun sözlərinə görə, müxalifətin siyasətçini azad etmək planı iflasa uğrayıb.
 

“Cinayətkar Saakaşvilinin həbsdən azad edilməsi üçün həm ölkə daxilində, həm də xaricdəki dostları arasında həyata keçirmək istədikləri layihə iflasa uğradı. İctimaiyyət Saakaşvilinin öz mövqeyinə haqq qazandırmağa çalışdığı yalanları gördü”, - Matikaşvili deyib.
 

O əlavə edib ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv edəcəyinə şübhə edir.


Matikaşvili vurğulayıb ki, Zurabişvili belə biur addım atarsa, buna görə cavab verməli olacaq.
 

“Əgər Salome Zurabişvili Saakaşvilini əfv etmək haqqında düşünsə, mən şəxsən buna inanmıram, onda o, məsuliyyət daşımalı olduğunu çox yaxşı başa düşməlidir. Saakaşvili rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır”, - deyə gürcü deputat vurğulayıb.
 

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasi sifariş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb.


Qeyd edək ki, Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən onu əfv etməsini istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var