Ukrayna üçün 100 milyon dollarlıq hərbi YARDIM

Ukrayna üçün 100 milyon dollarlıq hərbi YARDIM

Dünya

20 Noyabr 2023, 22:26

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.

 

Austin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yeni hərbi yardım paketini elan edib. Pentaqonun rəhbəri bu gün elan olunmamış səfərlə Ukraynanın paytaxtına gəlib.

 

Zelenskinin sözlərinə görə, Lloyd Ostinlə görüşdə cəbhədəki vəziyyət, eləcə də artilleriya və mərmilərin tədarükü zərurəti müzakirə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?