Modern.az

"Ukrayna Üçüncü Dünya Müharibəsinin mərkəzindədir"

Dünya

21 Noyabr 2023, 13:36

Hazırda Ukrayna Üçüncü Dünya Müharibəsinin qlobal risklərinin mərkəzindədir.


Modern.az xəbər verir ki, bu sözləri "The Sun" nəşrinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Mən həqiqətən də düşünürəm ki, ABŞ və Çin birlikdə Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq üçün çox ciddi çağırış edənə qədər, Moskva irəliləməyə davam edəcək", - deyə o əlavə edib.

 

Zelenski Kremli Balkan yarımadasında problemləri qızışdırmaqda ittiham edib.

 

"Biz düşünürük ki, Balkanlar hazırda hazırlaşır və yeni addımlar atır. Və biz hesab edirik ki, onlar (ruslar) bəzi insanları öyrətməyə çalışırlar", - Ukrayna prezidenti deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir