"İrəvanın Qərbə qarşı ehtiyatsız "stavkası" fiasko idi".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Sülh müqaviləsi üzrə danışıqlara dair təkliflərə baxmayaraq, onlar hələ də dondurulmuşdur. Fransa silahlarının tədarükünün faydaları ilə bağlı arqumentlər də sadəlövh görünür", - o əlavə edib.
Zaxarova bəyan edib ki, Ermənistandakı Aİ missiyası təhlükəsizliyi təmin etmir. O, KTMT-nin bunu daha yaxşı bacara biləcəyinə eyham vurub.
Rusiyanın Cənubi Qafqazdan çıxarılmağa çalışıldığını vurğulayan sözçü Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini də tənqid edib. O, Qərbi nəticəsizlikdə günahlandırıb.